AZ

Tramp Rusiyanın işğal etdiyi Ukrayna ərazilərini Putinə “verməyə” hazırlaşır

Tramp Rusiyanın işğal etdiyi Ukrayna ərazilərini Putinə “verməyə” hazırlaşır.

Musavat.com xəbər verir ki, bu barədə Telegraph nəşri yazıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibəni sonlandırmaq üçün Kremlə yeni “sülh planı” göndərməyə hazırlaşır.

Nəşr yazır ki, Vaşinqtona yaxın mənbələr bu məqsədlə Trampın xüsusi nümayəndəsi Uitkoffun Moskvaya yollandığını bildiriblər.

Mənbəyə görə:


- Vaşinqton Rusiya tərəfindən işğal olunmuş Krım və digər Ukrayna əraziləri üzərində Moskvanın nəzarətini tanımağa hazır ola bilər;

- Bunun qarşılığında Tramp administrasiyası müharibənin dayandırılmasını və genişmiqyaslı razılaşmanın əldə edilməsini hədəfləyir.

Nəşr yazır ki, bu plan “mübahisəli güzəştlər” üzərində qurulub və ABŞ-ın Ukrayna ilə bağlı mövcud siyasətində kəskin dönüş kimi qiymətləndirilir.

Moskva və Kiyev tərəfi rəsmi reaksiya verməyib.

Musavat.com

Seçilən
60
musavat.com

1Mənbələr