AZ

Rusiyada qaz kəmərində terror aktının qarşısı alındı

BAKI, 29 noyabr. TELEQRAF

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Moskva vilayətinin Serpuxov rayonu ərazisində magistral qaz kəmərinə qarşı planlaşdırılan terror aktının qarşısını alıb.

Teleqraf xəbər verir ki, bu barədə FTX-in mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hadisəni əvvəlcə Kiyev tərəfindən deportasiya olunaraq Rusiyaya göndərilən Ukrayna agenti həyata keçirməli imiş.

Qeyd olunub ki, axtarış zamanı həmin şəxsdən montaj yapışdırıcısı kimi qamuflyaj edilmiş dörd partlayıcı qurğu götürülüb.

Seçilən
157
teleqraf.com

1Mənbələr