"Real"in sabiq müdafiəçisi Roberto Karlos 2000-ci illərdə Madrid nəhənginin ən yaxşı oyunçususun adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, braziliyalı veteran Con Obi Mikelin "Youtube" kanalına müsahibəsində "Qalaktikos"un ən yaxşısı kim idi" sualını belə cavablayıb:
"Bekhem! Sözsüz ki, Zidan top səviyyədə, usta oyunçu idi. Amma Bekhem komandanın döyünən ürəyi idi. Məşqdə ən yaxşı, matçlarda ən yaxşı, daim qaçan, inanılmaz ötürmələr edən futbolçu. İnsanlar Ronaldo, Zidan, Raul, Fiqu, Moryentes, Mişel Salqado haqqında nə deyirlərsə, desinlər, "Qalaktikos"un mövcud olduğu dörd ildə Bekhem ən sabit, ən yaxşı idi. O, komanda üçün çalışırdı. Hücuma qaçırdı, müdafiə olunurdu, ötürmə edirdi, komandaya lazım olan hər şey üçün canını verirdi. İnsanların görmədikləri, amma komandada hamımızın şahidi olduğumuz məqamlar var . O, xüsusi oyunçu idi".
Bekhem "Real Madrid" də 2003-2007-ci illərdə çıxış edib. O, "Kral klubu"nda bütün yarışlarda 159 oyun keçirib və 52 qol vurub. İngilis əfsanə "Real"la iki kubok qazanıb: La Liqada çempionluq və İspaniya Superkuboku.
Mirağa