AZ

Qvineya-Bisaunun Afrika İttifaqındakı üzvlüyü hərbi çevrilişdən sonra dayandırılıb

Bakı. Trend:

Afrika İttifaqı hərbi çevrilişdən sonra Qvineya-Bisaununüzvlüyünü dayandırıb.

Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyixəbər verib.

Afrika İttifaqının Sülh və Təhlükəsizlik Şurası tərəfindən qəbuledilən qətnamədə deyilib ki, "Qvineya-Bisau ölkədə konstitusiyaqaydası bərpa olunana qədər Birliyin, onun orqanlarının vətəsisatlarının işində iştirakdan dərhal kənarlaşdırılıb".

Sənəddə qeyd edilib ki, təşkilat konstitusiyaya zidd olaraqhakimiyyət dəyişikliyinə dözməyəcək.

Qeyd edək ki, noyabrın 27-də Qvineya-Bisaunun Qərbi AfrikaDövlətlərinin İqtisadi Birliyindəki üzvlüyü də dayandırılıb.

.

Seçilən
159
2
az.trend.az

3Mənbələr