AZ

Premyer Liqa: “Qarabağ” “Karvan”a sürpriz imkanı vermədi – ARENA.AZ

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 13-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması Bakıda baş tutub.

“Qarabağ” bu turda “Karvan”ı qəbul edib. “Azersun Arena”da keçirilmiş qarşılaşmanı Kamranbəy Rəhimov idarə edib.

Ağdam təmsilçisi autsayderlə görüşdə sürprizə imkan vermək fikrində deyildi. Baş məşqçi postunda Azər Həşimovu Füzuli Məmmədovla əvəzləmiş, amma bunu rəsmi olaraq açıqlamamış Yevlax təmsilçisində isə işlər heç də qaydasında deyildi. Bu üzdən “Karvan”ın iddialı rəqiblə görüşdə növbəti məğlubiyyətini alacağı şübhə doğurmurdu. Düzdür, “Qarabağ” istəyinə 2 cavabsız qolla çatıb, amma ağdamlılar buna bir qədər çətinliklə nail olublar.

Premyer Liqa
13-cü tur

29 noyabr

“Qarabağ” – “Karvan” 2:0
Qollar: Emmanuel Addai, 79. Nəriman Axundzadə, 89.
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Bakı. “Azersun Arena”, 17:00.

Qarabağ: 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov (k), 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 7. Nəriman Axundzadə, 3. Sami Mmae, 9. Xoni Montiel, 18. Dani Bolt, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 32. Hikmət Cəbrayılzadə, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 11. Emmanuel Addai, 17. Kamilo Duran.
Baş məşqçi: Qurban Qurbanov

Karvan: 1. Kamran İbrahimov, 7. Araz Abdullayev (k), 32. Elvin Yunuszadə, 33. Eltun Turabov, 2. Şakil Sno, 12. Vitor Roşa, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 10. Samuel Durrant, 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 14. Uğur Cahangirov, 77. Əli Abdullayev, 5. Nika Çaçaşvili, 3. Said İranxan, 8. Peter Kinqs, 21. İmani Barker.
Məşqçi: Füzuli Məmmədov.

Seçilən
29
9
arena.az

10Mənbələr