ain.az, Avtosfer portalına istinadən məlumat verir.
"Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Avtosfer.az xəbər verir ki, bu dəfə paytaxtın Hüseyn Cavid prospektində - metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığında yol hərəkətinin təşkilində mövcud olan nöqsanlar işıqlandırılıb.
Bildirilib ki, burada əsas problem nizamlanmayan piyada keçidi ilə bağlıdır. Belə ki, yolun hər iki kənarında park edilən avtomobillərə görə bəzən keçidə daxil olan piyadanı görmək mümkün olmur.
Bundan başqa, keçid işıqforla tənzimlənmədiyi üçün sol zolaqda hərəkət edən avtomobilin sürücüsü yolu keçən piyadanı görmür və vaxtında dayanmaq çətin olur. Gecə saatlarında isə piyada keçidi nişanının üzərində işıq yanmır. Bu da sürücülər üçün əlavə çətinlik yaradır.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.