AZ

“Traktor” “Xadormalu”nu xalsız yola saldı – ARENA.AZ

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2025/2026 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu bu gün 11-ci tur çərçivəsində “Xadormalu” ilə qarşılaşıb.

Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Traktorçular” bu görüşdə inamlı qələbəyə seviniblər – 3:1. Draqan Drozdek 48-ci və 52-ci dəqiqələrdə fərqlənməklə dublunu rəsmiləşdirib, Tomislav Ştrkal 90+9-cu penaltidən qol vurmaqla matçın yekun nəticəsini müəyyənləşdirib.

“Traktor” cari mövsümdə qazandığı 16 xalla 16 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb. Komanda keçirdiyi 10 oyunda 4 qələbə qazanıb, 4 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb. Komandanın ehtiyatda təxirə salınmış bir oyunu da var.

Qeyd edək ki, ötən mövsümü tarixində ilk dəfə İran çempionu kimi başa vurmuş Cənubi Azərbaycan təmsilçisi növbəti turda “İstiqlal”la qarşılaşacaq. Bu oyun dekabrın 4-də doğma meydanda baş tutacaq.

Seçilən
146
10
arena.az

10Mənbələr