AZ

"İnter Mayami" klubu pley-offun final mərhələsinə vəsiqə qazanıb - MLS

Bakı. Trend:

Əsas Futbol Liqanın (MLS) pley-off yarımfinalında ABŞ-nin "İnterMayami" futbol klubu evdə "Nyu-York Siti"ni 5-1 hesabı ilə məğlubedib.

Trend-inməlumatına görə, qalib komandanın heyətində qolları Tadeo Allende(14, 23, 89-cu dəqiqələr), Mateo Silvetti (67) və Telasko Seqovia(83) vurublar. "Nyu-York Siti"nin heyətində Castin Hek (37)fərqlənib.

T.Allendenin het-triki onu səkkiz qolla turnirin bombardirlərsiyahısında birinci yerə çıxarır. İkinci yerdə matçda bir məhsuldarötürmə edən komanda yoldaşı Lionel Messi (6) gəlir. Argentinalıhücumçu cari pley-off mərhələsində yeddi məhsuldar ötürmə iləliderliyini möhkəmləndirib.

Finalda "İnter Mayami" yarımfinalda "San Dieqo"nu (3:1) məğlubedən "Vankuver"lə qarşılaşacaq.

Məqalədə:
Seçilən
174
az.trend.az

1Mənbələr