Lionel Messi rekordları qırmaqdan bezmir.
Offsideplus.az xəbər verir ki, argentinalı futbolçu "İnter Mayami"nin "Nyu York Siti"ni 5:1 hesabıyla məğlub etdiyi oyunda növbəti məhsuldar ötürməsini verib.
Bu, onun sayca 405-ci assisti olub. Beləliklə, argentinalı əfsanəvi Ferents Puşkaşı geridə qoyaraq futbol tarixinin ən çox assist edən oyunçusu olub.
Messiyə rekordu gətirən məhsuldar ötürməni sizə təqdim edirik: