AZ

Mahir Emrelinin komandası “Braunşveyq”ə uduzdu – ARENA.AZ

Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçunun komandası Almaniya 2-ci Bundesliqasının 2025/2026-cı illər mövsümünün 14-cü turu çərçivəsində “Braunşveyq”lə qarşılaşıb.

Səfərdə baş tutmuş oyunda “Kayzerslautern” məğlubiyyətə üzülüb – 0:2. Mahir bu oyunun iştirakçısı olmayıb. Ağır zədə səbəbindən ili erkən başa vurmuş azərbaycanlı futbolçunun adı görüşün iştirak ərizəsinə salınmayıb.

Xatırladaq ki, Mahir Emreli “Kayzerslautern”lə bu yay 3 illik müqavilə bağlayıb. O, yeni komandasında 10 nömrəli formanı geyinir. Azərbaycanlı futbolçu bu komandanın heyətində 5 oyuna çıxıb, 1 qola imza atıb.

14 turdan sonra 23 xalı olan “Kayzerslautern” 18 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 14 oyunda 7 qələbə qazanıb, 2 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.

Mahir ötən mövsümü Almaniyanın digər klubu “Nürnberq”də keçirib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.

“Bakı”nın yetirməsi olan Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 59 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Seçilən
155
10
arena.az

10Mənbələr