AZ

Əməkdar artist: “Cənab nazir də o adamdan çəkinir”

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın əməkdar artisti, tanınmış aktrisa Mehriban Xanlarova Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri  Fərəh Əliyevanı ittiham edib.

Gununsesi.info xəbər verir ki, çalışdığı teatrda işdən azad olunmasını sifariş hesab edən Mehriban Xanlarova daha sonra bunları əlavə edib:

“Fərəh Əliyeva Prezident Administrasiyasında Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri vəzifəsində işləyir. Tanınmış alim Şirməmməd Hüseynovun qızıdır.

O, incəsənət sahəsinə öz adamlarını, rəfiqələrini, dostlarını, sinif və tələbə yoldaşlarını yüksək vəzifələrə yerləşdirir. Nəticədə mədəniyyət sahəsində dərin böhran və uçurumlar yaranıb.

Başda cənab nazir olmaqla bütün incəsənət adamları ondan qorxur və heç kəs onun adını çəkməyə cəsarət etmir. O, mədəniyyət sahəsində tam hökmranlıq qurub.

Bütün dostlarını, tanışlarını və rəfiqələrini hansı vəzifələrə yerləşdirdiyini tək-tək açıqlayacam və bu məqamların mədəniyyət sahəsinə vurduğu ziyanları da göstərəcəyəm”.

Günay Mahirqızı 

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
109
icma.az

1Mənbələr