AYNA-nın çəkdiyi xətt daha bir küçədə tıxac YARATDI
Ajans.az Baku TV-yə istinadən xəbər verir ki,sürücülərdən biri yaranan sıxlıqdan şikayət edərək, "Çox pisdir, tıxac yaranır", - deyə bildirib. Başqa bir sürücü isə yol nişanlarının yerləşdirilməsi ilə bağlı çətinlikləri vurğulayıb: "Qayda pozmalı oluruq. Ona görə ki, yolayrıcına çatanda görürük ki, işarə ancaq yerdədir. Yuxarıda asılı vəziyyətdə olsa, görərik. Çox çətinlik çəkirik". Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirib ki, göstərilən ərazidə hərəkət zolaqlarının sayı eyni saxlanılmaqla mikromobillik zolağı təşkil edilib, yəni zolaqların sayı dəyişdirilməyib. Əlavə olaraq, Əbdürrəhim bəy Haqverdiyev küçəsindən Şəfaət Mehdiyev küçəsi istiqamətində sola dönmə zolağı təşkil edilib ki, bu da Hüseyn Cavid prospekti ilə kəsişmədəki yükün paylanmasına hesablanıb. Qeyd olunub ki, dəyişiklikdən sonra bu istiqamətdə vəziyyət əvvəlki ilə müqayisədə xeyli yaxşılaşıb. Daha ətraflı Baku TV-nin videomaterialında: