AZ

İlhan Palut istefa verdi

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

Türkiyə Super Liqasının təmsilçisi “Çaykur Rizespor”un baş məşqçisi İlhan Palut evdə “Kayserispor”a 0:1 hesabı ilə uduzulan matçdan sonra istefa qərarını açıqlamışdı.

İdman.Biz xəbər verir ki, klub rəhbərliyi Palutun istefasını qəbul etdiyini rəsmi bəyanatla təsdiqləyib. Mavi-yaşıl komanda bu nəticədən sonra çempionatda 13-cü pilləyə geriləyib.

Klubun açıqlamasında belə deyilir:

“13 iyun 2023-cü ildən bu yana fədakarlıqla çalışan dəyərli baş məşqçimiz İlhan Paluta və onun heyətinə göstərdikləri xidmətlərə görə təşəkkür edir, karyeralarında uğurlar arzulayırıq”.

İlhan Palut “Çaykur Rizespor”da ümumilikdə 96 oyuna çıxıb. Bu müddətdə komanda 37 qələbə, 17 heç-heçə, 42 məğlubiyyət əldə edib.

Komandanın yeni baş məşqçi axtarışına yaxın günlərdə başlanacağı gözlənilir.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
70
1
icma.az

2Mənbələr