AZ

Bu gün İstanbul derbisi keçiriləcək

BAKI, 1 dekabr. TELEQRAF

Bu gün Türkiyə Superliqasının XIV turu çərçivəsində “Fənərbağça” və “Qalatasaray” komandaları üz-üzə gələcək.

Teleqraf xəbər verir ki, “Çobani” stadionunda keçiriləcək İstanbul derbisinin start fiti Bakı vaxtı ilə saat 21:00-da eşidiləcək.

Qarşılaşmanın baş hakimi Yasin Kol olacaq.

İlk 13 oyundan sonra Domeniko Tedeskonun rəhbərlik etdiyi komanda 31 xalla ikinci, Okan Burukun kollekivi isə 32 xalla turnir cədvəlinin lideridir.

Tərəflər arasında keçirilən son 5 matçın üçündə “Cim-Bom”, birində “sarı-lacivərdlilər” qalib gəlib, birində isə heç-heçə qeydə alınıb.

Seçilən
64
14
teleqraf.com

10Mənbələr