"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola futbolda qaydaların dəyişdirilməsi ilə bağlı fikirlərini bölüşüb.
Pulbika.az xəbər verir ki, jurnalistlər ispaniyalı mütəxəssisdən məşqçilərin oyunçulara əlavə tapşırıqlar verə bilməsi üçün taym-out tətbiqinin ideyasını dəstəkləyib-dəstəkləmədiyini soruşublar. Qvardiolanın cavabı belə olub:
"Yox-yox! Bu, yalnız oyunu ləngidər. Bu futboldur, basketbol deyil. Mən fikrimdə qətiyəm".
Heybət