AZ

"Qalatasaray"ın 7 futbolçusu "Fənərbağça" ilə oyunu buraxacaq

BAKI, 1 dekabr. TELEQRAF

"Qalatasaray" bu gün "Fənərbağça" ilə keçiriləcək İstanbul derbisinə ciddi itkilərlə çıxacaq.

Teleqraf xəbər verir ki, Türkiyə Superliqasının XIV turu çərçivəsində təşkil olunacaq görüşü "sarı-qırmızılar"ın oyunçuları Vilfrid Sinqo, İsmail Yakobs, Kaan Ayhan, Berkan Kutlu, Rolland Şallai, Eren Elmalı, eləcə də Metehan Baltacı buraxacaq.

Sinqo, Yakobs, Ayhan və Kutlu zədə səbəbindən, Şallai qırmızı kart cəzasına görə, Elmalı ilə Baltacı isə mərc oyunlarında iştirak etdikləri üçün "Çobani" stadionunda baş tutacaq matçda oynamayacaq.

Zədədən sonra bərpa prosesini tamamlayan Viktor Osimhen, Yunus Akgün və Mario Leminanın isə bu matçda şans qazanacağı gözlənilir.

Rəqibindən fərqli olaraq, "Fənərbağça"nın derbidə itkiləri olmayacaq. Zədələrini sağaldan Çağlar Söyüncü ilə Sebastyan Şimanskinin bu oyunda iştirak edib-etməyəcəyinə baş məşqçi Domeniko Tedesko qərar verəcək.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Seçilən
77
teleqraf.com

1Mənbələr