AZ

"FINCA Azerbaijan" 5 milyon dollarlıq istiqraz buraxır

"FINCA Azerbaijan" MMC BOKT 5 milyon ABŞ dolları dəyərində istiqraz yerləşdirməyə hazırlaşır.

FED.az xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 50 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir.

Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək.

İstiqrazların tədavül müddəti 2 ildir. İllik gəlirlillik 9 % təşkil edir.Hesablamada ildə 360 gün, ayda 30 gün götürülür. Faizlər hər 3 təqvim ayından bir ödənilir.

Anderrayteri "Unicapital İnvestisiya Şirkəti" ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Təklifin əsas səbəbi təşkilatın əsas fəaliyyəti hesab olunan mikrokreditlərin verilməsi ilə bağlı fəaliyyətin genişləndirilməsi və mənfəətin əldə edilməsidir.

Emitent tədavül müddətində qiymətli kağızları nominal dəyərindən aşağı olmamaq şərti ilə geri almaq öhdəliyinə malikdir.

Seçilən
33
fed.az

1Mənbələr