"FINCA Azerbaijan" MM QBKT istiqraz buraxılışı yolu ilə 5 milyon dollar cəlb etməyə hazırlaşır.
Marja.az xəbər verir ki, Qeyri Bank Kredit Təşkilatı (QBKT) hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 50 min ədəd istiqraz buraxır.
İstiqrazlar üzrə illik faiz dərəcəsi 9 faiz təşkil edir.
Tədavül müddəti 24 ay olan istiqrazlar üzrə ödənilməli olan faizlər hər 3 təqvim aylardan bir ödənilirəcəkdir.
"FINCA Azerbaijan" MM QBKT-nin nizamnamə kapitalının 100%-i Niderland Krallığında qeydiyyatdan keçmiş FİNCA MİCROFİNANCE COÖPERATİEF U.A-ya məxsusdur.