GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Prfezident İlham Əliyev Teymur Mehdiyevi fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edib.
Globalinfo.az Teymur Mehdiyevin dosyesini təqdim edir:
Teymur Ramiz oğlu Mehdiyev 25 iyun 1975-ci ildə Gürcüstanın Abxaziya bölgəsində, Suxumi şəhərində anadan olub. 1982–1992-ci illərdə Bakı şəhərində 134 nömrəli məktəbdə təhsil alıb, 1992-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və 1997-ci ildə oranı bitirib.
O, qısa müddət ərzində Azərbaycanın demək olar ki, bütün əsas strukturlarında çalışıb:
1997–1999-cu illərdə Milli Təhlükəsizlik Nazirliyi,
1999–2001-ci illərdə Daxili İşlər Nazirliyi,
2001–2004-cü illərdə Xarici İşlər Nazirliyi,
2004–2006-cı illərdə Gənclər, İdman və Turizm nazirinin müavini,
2006–2011-ci illərdə Mədəniyyət və Turizm nazirinin müavini,
2011–2014-cü illərdə Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini olub.
2014-cü ildə Fövqəladə Hallar nazirinin müavini təyin olunub və ona general-mayor rütbəsi verilib. 2018-ci ildə isə “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mehdiyevə salam verən deputatlar, sabiq vəzifəlilər onunla birgə media və istintaq hədəfinə düşdüyü halda, general-mayor oğlunun, onu himayə edən K. Heydərovun hər şeydən kənarda qalması təəccüb doğurur.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.