AZ

Dərbiyə az qaldı: Osimen, yoxsa İkardi?

Metbuat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bu gün Türkiyə Superliqasının 15-ci turunda iki əzəli rəqib üz-üzə gələcək. İstanbul dərbisində “Fənərbaxça” öz meydanında “Qalatasaray”ı qonaq edəcək.

Metbuat.az xəbər verir ki, hər iki komanda matçdan qalib ayrılmaq istəyir. Həm “Fənərbaxça”, həm də “Qalatasaray” meydana 3 xal üçün çıxacaq.

Okan Burukun əsas heyətə Osimeni, yoxsa İkardini daxil edəcəyi azarkeşləri ən çox maraqlandıran sualdır. Baş məşqçinin zədəsi hələ tam sağalmamış nigeriyalı qolçunu ehtiyat oyunçular skamyasında əyləşdirəcəyi istisna olunmur.

Qeyd edək ki, “Qalatasaray” hazırda 32 xalla liderdir. “Fənərbaxça” rəqibindən bir xal az toplayıb. İstanbul komandası 31 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
1
metbuat.az

2Mənbələr