AZ

Dənizkənarı Bulvar İdarəsi builki Yeni il yarmarkasına xüsusi hazırlıq görüb

Bakı.Trend:

Dənizkənarı Bulvar İdarəsi builki Yeni il yarmarkasına xüsusihazırlıq görüb.

Trend xəbərverir ki, bu barədə Bulvar İdarəsi məlumat yayıb.

Bildirilib ki, builki yarmarka yeni və fərqli tərtibatdahazırlanıb.

Burada yarmarkasının quraşdırılan oturacaqlar, dekorativelementlər və işıqlandırma birlikdə bulvarın daxilində sanki kiçikşəhərcik görüntüsü yaradır.

Dənizkənarı Bulvar İdarəsinin təşkil etdiyi yarmarkanın əndiqqətçəkən yeniliklərindən biri şəhərin ilk açıq havada buzmeydançasıdır.

ÜNNA Studio tərəfindən qurulan və Nargis Fondu tərəfindən təşkilolunan bu meydança “Dinamo” ərazisində yerləşir və 1 dekabrdan 5yanvara qədər fəaliyyət göstərəcək. Məkan açıq səma altında konkisürmək istəyənlər üçün yeni və maraqlı bir imkan yaradıb.

Meydança beynəlxalq təhlükəsizlik və keyfiyyət standartlarınauyğun şəkildə hazırlanıb. Bu isə hər yaşdan və bacarıqsəviyyəsindən olan ziyarətçilər üçün rahat və təhlükəsiz istirahətimkanı təmin edir. Təxminən 750 kvadratmetr genişliyində olan buzörtüyü sərbəst və rahat konki sürməyə şərait yaradır. İşıqlandırmavə qışa xas detallarla tamamlanan meydança bulvara fərqli birmövsümi rəng qatır.

Seçilən
56
14
az.trend.az

10Mənbələr