AZ

Vladimir Putin Rusiya-ABŞ təmaslarına hazırlaşır

Rusiya-ABŞ  təmasları dekabrın 2-də Moskvada keçiriləcək. Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, bazar ertəsi günü Vladimir Putin amerikalı danışıqçılarla görüşlərinə hazırlıq məqsədilə şəxsi görüşlər də keçirəcək: “Prezidentin sabahkı Rusiya-ABŞ təmaslarına hazırlıq məqsədilə bu gün şəxsi görüşləri də var”.

Peskov bildirib ki, Vladimir Putinin ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkovla görüşü çərşənbə axşamı günortadan sonraya planlaşdırılıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
35
2
editor.az

4Mənbələr