AZ

İstanbul derbisindən öncə futbolçular arasında dava oldu

BAKI, 1 dekabr. TELEQRAF

Bu gün keçiriləcək “Fənərbağça” – “Qalatasaray” oyunundan əvvəl insident yaşanıb.

Teleqraf xəbər verir ki, “Çobani” stadionunda təşkil olunacaq İstanbul derbisindən əvvəl hər iki komandanın futbolçuları arasında isinmə hərəkətləri zamanı gərginlik yaranıb.

Meydançaya daxil olan təhlükəsizlik orqanlarının işçiləri futbolçuları aralayıb.

Qeyd edək ki, qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək.

Seçilən
15
teleqraf.com

1Mənbələr