Türkiyəli məşhur aktyor Murat Cemcirin evində qəfil özünü pis hiss etməsindən sonra təcili olaraq xəstəxanaya aparıldığı və reanimasiyaya yerləşdirildiyi bildirilib.
Ölkə.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, həkimlər onun daxili qanaxma keçirdiyini açıqlayıblar.
Hazırda aktyorun reanimasiyada müalicəsi davam edir.
Bir zamanlar yaxın dostluqları və yaratdıqları duetlə tanınan Ahmet Kural və Murat Cemcirin 2023-cü ildən bəri danışmadıqları iddia edilir. Mətbuatda yayılan məlumata görə, Kuralın toy dəvətnaməsində Cemcirdən ayrıca LCV (Lütfən Cavab Verin) istənilməsi iki tərəf arasında inciklik yaradıb.

Həmidə İbrahimova