Türkiyə Superliqasının 14-cü turunun oyunları davam edir.
90deqiqe.Az-ın məlumatına görə, turun mərkəzi görüşündə "Fənərbağça" öz meydanında "Qalatasaray"la üz-üzə gəlib.
Gərgin keçən matçın ilk hissəsində qonaqlar hesabı açmağı bacarıb. Belə ki, görüşün 27-ci dəqiqəsində Leroy Sane rəqibin qapısına yol tapıb.
İkinci hissədə hücumlarının sayını artıran "sarı-lacıvərtlilər" 90+5-ci dəqiqədə Con Duranın vurduğu qolla meydandan heç-heçə ilə ayrılmağı bacarıb.
Bu nəticə ilə lider "Qalatasaray" öz aralarındakı bir xallıq fərqi qoruyub saxlayaraq xallarını 33-ə çatdırıb. "Sarı Kanaryalar" 32 xalla ikinci yerdədir.