AZ

Aİ Ukrayna danışıqlarında tərəflərə öz mövqeyini çatdırmaq niyyətindədir

Bakı, 2 dekabr, AZƏRTAC

Avropa İttifaqı (Aİ) Ukraynada aparılan sülh danışıqlarının iştirakçılarına öz mövqeyi və maraqları barədə məlumat verməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) sözçüsü Paula Pinho bildirib.

“Son həftə ərzində Ukrayna ilə bağlı sülh danışıqları mövzusunda müxtəlif səviyyələrdə bir neçə müzakirə aparılıb”, – deyə sözçü Brüsseldə keçirilən brifinqdə Aİ-nin son təmaslarına dair sualı cavablandırarkən deyib.

Pinho, həmçinin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş tutan telefon danışığını xatırladıb. Onun sözlərinə görə, söhbət zamanı “başqa məsələlərlə yanaşı, davam edən sülh danışıqlarının növbəti mərhələləri və bunun Avropa İttifaqı ilə bağlı aspektləri” müzakirə olunub.

“Müzakirələr müxtəlif səviyyələrdə davam edir və sizi əmin edirik ki, bu sülh danışıqları çərçivəsində Avropa maraqları, eləcə də Ukraynanın Aİ ilə bağlı maraqları bütün tərəflərə çatdırılacaq”, – deyə AK nümayəndəsi vurğulayıb.

Seçilən
45
1
azertag.az

2Mənbələr