AZ

Aİ və Zelenski Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə etdiklərini açıqladılar

BAKI, 2 dekabr. TELEQRAF

Avropa İttifaqı və Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda mühüm irəliləyiş əldə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula von der Leyen "X" sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, sülh planı ilə bağlı təkliflərin yaxın günlərdə təqdim olunması nəzərdə tutulur.

Leyen qeyd edib ki, Zelenski Fransa Prezidenti Emmanuel Makron və digər Avropa liderləri ilə görüş keçirib, tərəflər arasında məhsuldar müzakirə aparılıb.

Seçilən
62
teleqraf.com

1Mənbələr