AZ

Avropa Komissiyasının sədri: Aİ liderləri və Zelenski Ukrayna danışıqlarında irəliləyiş əldə ediblər

Bakı, 2 dekabr, AZƏRTAC

Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen bildirib ki, Avropa İttifaqı liderləri ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında Ukraynadakı münaqişənin həlli planı üzrə aparılan müzakirələrdə irəliləyiş qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen X sosial hesabında yazıb.

“Fransa Prezidenti Emmanuel Makron və digər Avropa liderləri ilə görüşən Volodimir Zelenski ilə yaxşı müzakirə apardıq. Əhəmiyyətli irəliləyiş əldə etmişik və bu həftə öz təkliflərimizi təqdim etməyi planlaşdırırıq”, – deyə Fon der Leyen qeyd edib.

Seçilən
62
azertag.az

1Mənbələr