AZ

Nikol Paşinyan Kilsə ilə savaşda üstünlüyü ələ keçirib Politoloq

ain.az bildirir, Sherg.az portalına istinadən.

Baş nazirin II Qareginin istefasına nail olması hələlik mümkün görünmür 

"Bütün ermənilərin katolikosu II Qaregin öz patriarx taxtını tərk etməyi düşünmür". Bunu "Newsarmenia" Eçmiədzin dəftərxanasının rəhbəri Arşak Xaçatryana istinadən məlumat yayıb. Bildirilib ki, katolikosun istefa verməsi üçün heç bir əsas yoxdur: "O, yalnız bəzi şübhəli dini mənsubiyyətə malik dairələrin belə bir tələbi irəli sürməsi səbəbindən taxtını tərk edə bilməz. Bu, hətta on yepiskop belə bir tələb irəli sürsə də, mümkün deyil". "Armenpress" isə məlumat yayıb ki, erməni Apostol Kilsəsinin bir qrup yüksəkrütbəli din adamı bəyanat yayaraq, katolikos II Qareginin arxiyepiskop Arşak Xaçaturyanın əməllərinə dair yayılan videoları ört-basdır etməyə çalışmaqda ittiham edib: "2025-ci ilin noyabrın 5-də II Qaregin tərəfindən yaradılan bir komissiya arxiyepiskop Xaçaturyana aid olduğu bildirilən əxlaqsız videoları araşdırmaq və nəticə təqdim etmək məqsədilə fəaliyyət göstərib. Komissiya qanunla nəzərdə tutulmuş qaydada müvafiq hüquq-mühafizə orqanına müraciət edərək videoların ekspertizasını həyata keçirməyi və onların həqiqiliyini müəyyən etməyi xahiş edib. Noyabrın 25-də ekspertizanın nəticələri açıqlanıb və videoların Arşak Xaçaturyana aid olduğunu təsdiqlənib. Komissiya həmin gün nəticələri II Qareginə təqdim edib. Amma o, ekspertizanın nəticələrini etibarsız sayıb. Bəyanatda qeyd olunur ki, katolikosun yanaşması narahatlıq doğurur və erməni kilsəsinin nüfuzuna zərər verə bilər. Bəyanatda vurğulanır ki, II Qaregin Arşak Xaçaturyanın əxlaqsız əməllərini hər vasitə ilə ört-basdır etməyə çalışır və bununla da onu qoruyan kimi çıxış edir. Buna görə də din adamları katolikosun öz andına sadiq olmadığını bildirirlər: “Onun davranışı erməni kilsəsinin kanonik hüquq və təliminə uyğun deyil, kilsə daxilində ciddi problemlər yarada bilər. Yekunda bildirilir ki, II Qaregin katolikos kimi təqdim olunarkən verdiyi andlara xəyanət edib. Bəyanatı erməni kilsəsinin 13 arxiyepiskopu imzalayıb. Ermənistan Baş naziri Nikol Paşinyan II Qareginə etiraz edən yepiskoplarla görüşə hazır olduğunu bəyan edib. 

Politoloq Elçin Xalidbəyli Sherg.az-a deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyan Kilsə ilə savaşda siyasi-psixoloji üstünlüyü ələ keçirməyi bacarıb. Ekspert vurğulayıb ki, son vaxtlar bəzi keşişlər, arxiyepiskoplar II Qareginin istefasını tələb etməyə başlayıblar: "Həmin keşişlər eyni zamanda Baş nazir N.Paşinyanla da görüşürlər. Bu da onu göstərir ki, Paşinyan hakimiyyəti Kilsə ilə savaşda müəyyən üstünlüklər qazanmağa başlayıb. Ancaq böyük ehtimalla, erməni Kilsəsi Rusiyaya bağlı olduğuna, Kremlin təlimatları ilə fəaliyyət göstərdiyinə görə, görünür, Moskvadan hələlik II Qareginin istefası ilə bağlı göstəriş gəlməyib. Ona görə də katolikosun müqavimət göstərməyə davam edəcəyi ehtimalı yüksəkdir. Xüsusilə seçki ərəfəsində II Qareginin seçki ərəfəsində istefa verəcəyi inandırıcı görünmür. Hesab etmək olar ki, seçki dövründə Paşinyan hakimiyyətinə qarşı mübarizədə Kilsə ön planda yer almağa çalışacaq. Paşinyan hakimiyyətinə qarşı etiraz hərəkatında iştirak edən qüvvələrə rəhbərlik edəcək, avanqard rolunu oynayacaq. Yəni Paşinyan Kilsə ilə qarşıdurmada müəyyən üstünlüklərə sahib olsa da, II Qareginin istefasına nail olması hələlik mümkün görünmür". 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
sherg.az

1Mənbələr