Bakı. Trend:
Fransanın keçmiş prezidenti (2012-2017) Fransua OllandınParisdəki mənzilinə oğrular girib.
Trend-in məlumatına görə, bu barədə "BFMTV" televiziya kanalıxəbər verib.
Hadisə 22 noyabrda baş verib. Oğurlanan əşyaların tam siyahısımövcud deyil, lakin keçmiş prezidentin saatının onların arasındaolduğu məlumdur. Keçmiş dövlət başçısının ətrafı jurnalistlərəbildirib ki, polis müdaxiləsi sayəsində "ciddi nəticələrin qarşısıalınıb".
Oğrular törədilən cinayətdən təxminən bir həftə sonratutulublar. Oğurlanan saat axtarış zamanı tapılıb və Ollandaqaytarılıb. Əslən Əlcəzairdən olan hər iki şəxsə qarşı ittihamirəli sürülüb.