AZ

Samuxda hamamda qaz partlayıb yanıq xəsarətləri alan var

Samux sakini yanıq xəsarətləri alıb.

NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, hadisə rayonun Qarayeri qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini 1976-cı il təvəllüdlü Niyaməddin Məmmədov yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Ona yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. İlkin məlumata görə, N.Məmmədov yaşadığı evin vanna otağında qazı (kalonkanı) yandıran zaman partlayış olub. Nəticədə, o, yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
23
nocomment.az

1Mənbələr