AZ

Qaraciyərin sağlamlığı naminə bu içkidən imtina edin - Həkim

Kardioloq Dmitri Yaranoff qaraciyərin qorunması üçün pəhriz qazlı içkilərdən imtina etməyi tövsiyə edib.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, şəkərsiz və ya “diyet” kimi təqdim olunan içkilərin daha sağlam olması barədə iddialar təsdiqlənməyib. Yaranoff qeyd edib ki, gündəlik olaraq pəhriz soda qəbul edən insanlarda adi şəkərli içkiləri içənlərlə müqayisədə qaraciyər xəstəliyi riski daha yüksəkdir.

Mütəxəssis bu nəticəni süni dadlandırıcıların bağırsaq metabolizmasına təsiri ilə əlaqələndirib. Onun sözlərinə görə, bu maddələr bağırsaq mikroflorasını dəyişərək qaraciyərdə yağ yığılmasına səbəb ola bilər. Həkim qaraciyər sağlamlığını qorumaq üçün bu tip içkilərin pəhrizdən çıxarılmasını məsləhət görüb.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
23
e-saglam.az

1Mənbələr