AZ

Rusiya Pokrovsk və Volçanskı “azad” elan edib – Ukrayna təkzib edir


Kremlin saytında dekabrın 1-nə keçən gecə yayımlanan məlumata görə, noyabrın 30-u axşam Rusiya Prezidenti, Ali Baş Komandan Vladimir Putin birləşmiş ordu qruplaşmalarının idarəetmə məntəqələrindən birində olub və burada ona Baş Qərargah rəisi Valeri Gerasimov “Donetsk Xalq Respublikası”nın Krasnoarmeysk şəhərinin (Rusiya Ukraynada qismən işğal olunmuş Donetsk vilayətinin Pokrovsk şəhərini Krasnoarmeysk adlandırır) və Xarkov vilayətinin Volçansk şəhərinin “azad edilməsi” barədə məruzə edib.
Yeniavaz.com
xəbər verir ki, həmçinin “Mərkəz” qruplaşmasının komandanı Valeri Solodçuk Putinə Dmitrov şəhərinin cənub hissəsini nəzarətdə saxladıqlarını bildirib.
“Vostok” qruplaşmasının komandiri Andrey İvanaev isə Putinə bildirib ki, Zaporojye vilayətinin Qulaypoye şəhərinin “azad edilməsi əməliyyatı” başladılıb və 5-ci ordunun bölmələri şəhərin şimal-şərq hissəsində küçə döyüşləri aparırlar.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının dekabrın 1-i axşam saatlarında dərc etdiyi məlumata görə isə, Pokrovski istiqamətində və Volçansk yaxınlığında döyüşlər davam edir. Ukraynanın Baş Qərargahı müdafiə qüvvələrinin geri çəkilməsi ilə bağlı heç nə deməyib.
Seçilən
7
2
yeniavaz.com

3Mənbələr