AZ

Əhaliyə xəbərdarlıq edildi: Kəskin bahalaşmaya hazırlaşın

Rusiyada istehlak qiymətlərinin artımının pik dövrü çox güman ki, gələn ilin əvvəlində baş verəcək.

Publika.az xəbər verir ki, bu barədə VTB sədrinin birinci müavini Dmitri Pyanov bildirib. Onun sözlərini “RİA Novosti” sitat gətirib.

“Vətəndaşların inflyasiyanın növbəti artımına hazırlaşmaq üçün çox vaxtı qalmayıb” deyən Pyanov ölkədə istehlak qiymətlərinin artımının 2026-cı ilin birinci rübündə pik həddə çatacağını gözləyir. "Gələn ilə nəzər salsaq, bu, böyük ehtimaldır", - analitik bildirib.

Üstəlik, Pyanov hesab edir ki, Mərkəzi Bankın rəhbərliyi çətin ki, 2026-cı ildə 4 faiz səviyyəsində müəyyən edilmiş inflyasiya hədəfinə çatsın. Onun hesablamalarına görə, gələn ilin sonuna qədər Rusiyada istehlak qiymətlərinin artımı 5 faizi ötəcək.

"Mənim fikrim odur ki, inflyasiya 5 faizdən çox olacaq", - Pyanov yekunlaşdırıb.

Seçilən
19
publika.az

1Mənbələr