AZ

Universitetlərdə istiliyin verilməsilə bağlı vəziyyət necədir?

Bakı. Trend:

Bakıda və respublikanın müxtəlif bölgələrində rəsmi şəkildəistilik mövsümünün başlanmasına start verilib. Noyabr ayından artıqyaşayış binaları, sosial obyektlər, məktəblər, xəstəxanalar vədigər ictimai təyinatlı müəssisələr mərkəzləşdirilmiş istiliksistemi vasitəsilə istiliklə təmin olunmağa başlayıb. Müvafiqqurumlar

İstilərin tədricən aşağı düşməsi fonunda mövsümün başlaması həmpaytaxtda, həm də regionlarda yaşayış şəraitininyaxşılaşdırılmasına, xüsusilə də həssas qruplar üçün daha komfortlumühit yaradılmasına xidmət edir.

Bəs, universitetlərdə istiliyin verilməsi ilə bağlıvəziyyət necədir? İstilik nə vaxtdan verilir, universitetin qışahazırlığı, təchizat məsələləri nə yerdədir?

Mövzu ilə bağlı Trend-in sorğusuna cavab olaraq QarabağUniversitetindən bildirilib ki, universitetdə istilik mövsümünəhazırlıq vaxtında tamamlanıb:

“Bütün tədris korpuslarında və inzibati binalarda istiliksistemi tam şəkildə işə salınıb. İstilik təchizatı ölkə üzrə rəsmiqaydada mövsümün başlanması ilə paralel olaraq verilir. Qış mövsümüüçün tələb olunan bütün texniki və təhlükəsizlik tədbirləri həyatakeçirilib, sistem mütəmadi olaraq nəzarətdə saxlanılır”.

Azərbaycan Dillər Universitetinin mətbuat xidmətindən əlavəedilib ki, istiliyin verilməsinə başlandığı deyilib:

“Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli “İstilikenerjisindən istifadə qaydalarının təsdiq edilməsi haqqında”Qərarına əsasən, hər il istilik mövsümü noyabrın 15-də başlayır vənövbəti ilin aprelin 15-də başa çatır.

Azərbaycan Dillər Universitetinin hər üç tədris binasında buqərar, mövcud normativ təlimatlar əsas tutularaq, noyabrın 15-dənetibarən istilik təminatı mərkəzləşdirilmiş qaydada həyatakeçirilir”.

UNEC-in mətbuat xidmətindən isə qeyd edilib ki, noyabrın 15-dənetibarən bütün tədris binalarına istilik verilib.

Bakı Dövlət Universitetindən də vurğulanıb ki, istilik mövsümübaşlayandan BDU-nun bütün korpuslarında istilik verilib və heç birproblem yoxdur

Seçilən
22
2
az.trend.az

3Mənbələr