AZ

ABŞ hərbçiləri maliyyə fəaliyyətləri ilə diqqətÇƏKİR

ABŞ ordusu dünyada demək olar ki, “öldürücü investisiya klubu”na çevrilib.

Redaktor.az bu haqda "The Wall Street Journal"a istinadla məlunat verir. 

Məlumata görə, hərbi qulluqçular texnologiya şirkətlərinin səhmlərindən qazanc əldə etməyə çalışırlar.

Məqalədə qeyd olunur ki, orduda sərvət qazanma yolları barədə abunəçilərinə məsləhətlər verən influenserlər də mövcuddur. Bundan başqa, bəzi amerikalı hərbçilər az tanınan kriptovalyutalarla ticarət edir və atom energetikası ilə bağlı şirkətlərə fəal şəkildə investisiya yatırırlar.

Nəşr bildirir ki, hərbi bazaların yaxınlığındakı avtodayanacaqlar son vaxtlar yeni "Porsche" və "Humvee" avtomobilləri ilə dolub.

Müəlliflər yazır ki, bu tendensiyanın əsas səbəbi orduda riski sevən, kifayət qədər sərbəst vaxtı və əlavə gəliri olan gənclərin çoxluğudur.

Aytəkin TOFİQQIZI

Seçilən
23
1
redaktor.az

2Mənbələr