AZ

Universitetlərdə istiliyin verilməsilə bağlı vəziyyət necədir?

BAKI,TurkicWorld

İtaliyanın Auqusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,12 ABŞ dolları və ya 0,18% azalaraq 66,22 dollar təşkil edib.

Bu barədə TurkicWorld-ə neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,1 dollar və ya 0,16% ucuzlaşaraq 64,19 dollar təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,2 dollar və ya 2,77% azalaraq, 42,10 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,22 dollar və ya 0,34% azalaraq 64,22 dollar/barel təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Seçilən
21
turkic.world

1Mənbələr