AZ

Ağıllı insanlar niyə daha tez əsəbiləşir? – Alimlərdən maraqlı AÇIQLAMA

Ağıllı insanlar daha tez əsəbiləşir.

İnterpress.az xəbər verir ki, bu barədə Kanadanın Toronto Universitetinin alimləri məlumat yayıb. Yüksək intellektə sahib şəxslər yalan və xaosu daha tez hiss etdikləri üçün buna dözümsüz yanaşırlar.

Araşdırmalara görə, ağıllı insanlar yüksək intellektləri səbəbindən daha tez özlərindən çıxır və hiddətlənirlər, çünki ətraflarında baş verənlərə biganə qala bilmirlər.

Alimlərin qənaətinə görə, yüksək IQ adətən xaos, yalan və mənasız vəziyyətlərə qarşı aşağı dözümlülüklə müşayiət olunur. Belə insanların beyni uyğunsuzluqları daha güclü və sürətli şəkildə fərq edir. Bu isə onlarda qıcıqlanmaya və “belə olmamalıdır” hissinin yaranmasına səbəb olur.

Qeyd olunur ki, onların qəzəbi sadəcə emosiya partlayışı deyil, “burada nəsə səhvdir” deyən daxili siqnaldır. Bu siqnal sonradan yeni ideyalara, layihələrə və real həll yollarına çevrilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
19
interpress.az

1Mənbələr