AZ

Marselino Qarsiya Toral – La Liqada noyabrın ən yaxşı məşqçisi! – ARENA.AZ

“Vilyarreal” komandasına rəhbərlik edən Marselino Qarsiya Toral İspaniya La Liqasında 2025-ci ilin noyabr ayının ən yaxşı məşqçisi seçilib.

Arena.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

“Vilyarreal” noyabr ayında ölkə çempionatı çərçivəsində keçirdiyi 4 oyunun hamısında qalib gəlib.

Marselino Qarsiya Toral noyabrın ən yaxşı məşqçisi mükafatını qazanmaq üçün “Barselona”dakı həmkarı Hansi Fliki və “Atletiko”ya rəhbərlik edən Dieqo Simeoneni geridə qoymağı bacarıb.

Xatırladaq ki, Marselino 2023-cü ilin noyabr ayından “Vilyarreal”a rəhbərlik edir. O vaxtdan bəri ispan mütəxəssis bu komandanı 92 oyuna çıxarıb, 47 qələbə, 22 heç-heçə, 23 məğlubiyyət görüb. 60 yaşlı məşqçi 2013-2016-cı illər aralığında da “Vilyarreal”ı çalışdırıb.

Marselino karyerası ərzində 4-cü dəfə La Liqada ayın ən yaxşısı seçilir. O, daha öncə 2013-cü ilin sentyabrında, 2015-ci ilin sentyabrında və 2024-cü ilin martında da bu ada layiq görülüb. İspan məşqçi bunların hamısına “Vilyarreal”la nail olub.

Cari mövsümdə İspaniya La Liqasında ilk belə mükafatı “Real”ı çalışdıran Xabi Alonso qazanıb. O, avqust ayının ən yaxşısı seçilmişdi. Sentyabrda “Elçe”ni çalışdıran Eder Sarabiya fərqlənib. Oktyabrda isə “Rayo Valyekano”ya rəhbərlik edən İnyiqo Peres ayın ən yaxşı məşqçisi elan edilib.

Seçilən
83
6
arena.az

10Mənbələr