AZ

Yenidoğulmuşlarda sarılığın diaqnostikası üçün yeni yanaşmalar açıqlanıb

Yenidoğulmuşun sarılığında "gizli" risklər necə aşkarlanır?

News365.az xəbər verir ki, pediatr Aynur Bağırova bildirib ki, yenidoğulmuş körpələrdə sarılıq əsasən kliniki əlamətlər və laborator testlər vasitəsilə müəyyən olunur. Bu testlərə qanda ümumi və düz bilirubin səviyyəsinin ölçülməsi, həmçinin qan analizi daxildir.

Onun sözlərinə görə, əgər sarılıq uzun müddət davam edir və ya ağır formadadır, xüsusilə düz bilirubinin səviyyəsi yüksəkdirsə, əlavə müayinələr aparılmalıdır. Belə hallarda tibbi genetika mərkəzində metabolik xəstəliklər araşdırılır, uşaq cərrahiyyə mərkəzində isə punksion biopsiya və xolangioqrafiya vasitəsilə biliar sistemin patoloji vəziyyətləri istisna edilir.

Bağırova qeyd edib ki, qarın boşluğu orqanlarının funksional müayinəsi, xüsusilə ultrasəs yoxlaması (qaraciyər, öd kisəsi, dalaq) hepatosplenomeqaliya, qaraciyərin metabolik xəstəlikləri, biliar atreziya, parenteral qidalanmaya bağlı xolestaz və ailəvi proqressiv qaraciyər xolestazı kimi problemlərin aşkarlanmasında mühüm rol oynayır.

Pediatr əlavə edib ki, bəzi hallarda daha dəqiq diaqnoz qoymaq üçün həkim tövsiyəsi ilə qarın orqanlarının MRT müayinəsi də həyata keçirilə bilər.

News365.az

Seçilən
24
news365.az

1Mənbələr