AZ

ADA Universitetində “Yaşıl enerji və dayanıqlılıqda universitetlərin rolu” mövzusunda beynəlxalq konfrans keçirilir

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Aparıcı Universitetlər Tərəfdaşlıq Şəbəkəsinin (AUTŞ) Koordinasiya Şurasına sədrlik edən ADA Universitetində “Yaşıl enerji və dayanıqlılıqda universitetlərin rolu” adlı beynəlxalq konfrans keçirilir.

“İki sahil” xəbər verir ki,  tədbir ADA Universitetinin, İnkişaf və Diplomatiya İnstitutunun (IDD), Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) və AQEM-in tərəfdaşlığı ilə təşkil olunub.

Qeyd edək ki, iki gün davam edəcək konfransda AQEM-ə üzv 22 dövləti təmsil edən 50-dən çox professor, tədqiqatçı, ekspert və ali təhsil müəssisələrinin nümayəndələri iştirak edəcəklər. Müzakirələr universitetlərin enerji səmərəliliyinin artırılması, yaşıl texnologiyaların tətbiqi, bərpaolunan enerji və enerji səmərəliliyində innovativ həllər, eləcə də yaşıl enerji və dayanıqlılıq üzrə regional əməkdaşlıq mövzularını əhatə edir.

Seçilən
13
1
ikisahil.az

2Mənbələr