AZ

Yeni ailə quran qohumlarını görməyə gedən qadınlar qəzaya düşdülər Ölən var Video

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Dünən saat 12 radələrində Masallıda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, 1990-cı il təvəllüdlü Fərmudə Əlipənah qızı Hüseynovanın idarə etdiyi “Nissan Sunny” markalı avtomobil rayonun Həsənli kəndi ərazisində idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü F. Hüseynova, avtomobildə olan sərnişinlər - Gülşən İsa qızı İsmayılova (1975), Nuriyə Rasim qızı Nuriyeva (1985) və Sevda İsa qızı Vəlişova (1961) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Lakin S. Vəlişova aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

***

Hadisənin təfərrüatı məlum olub.

Bildirilir ki, avtomobildə olan qadınlar yeni ailə həyatı quran yaxın qohumlarının evində keçirilən məclisə gedirmişlər.

Belə ki, 3 gün öncə Sevda Vəlişovanın qardaşı qızının toyu keçirilib. Dünən isə o, bacısı Gülşən, qardaşı qızı Nuriyə ilə birgə digər qardaşının gəlini Fərmudə Hüseynovanın avtomobili ilə Həsənli kəndindən Masallının digər kəndinə yola düşüblər. Lakin kəndin girişində Fərmudənin idarə etdiyi avtomobil asfalt yoldan çıxaraq aşıb.

Nəticədə yeni ailə həyatı qurmuş gəlinin bibisi S. Vəlişova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər bibisi və əmisi qızı isə ağır xəsarətlər alıb. Sürücü isə nisbətən yüngül xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
qafqazinfo.az

1Mənbələr