AZ

Azərbaycan AQEM-də Asiya Universitetləri arasında əməkdaşlıq və iqlim dəyişiklikləri platforması yaradacaq - Fariz İsmayılzadə

Bakı. Trend:

Bu gün ADA Universitetində beynəlxalq Konfrans təşkil olunub.Konfransa 42 ölkədən iştirakçı qatılıb və fəaliyyətgöstərəcəklər.

Trend xəbər verir ki, bunu bugün ADA Universitetində keçirilən “Yaşıl enerji və dayanıqlılıqdauniversitetlərin rolu” mövzusunda beynəlxalq konfransda MilliMəclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadəbildirib.

Onun sözlərinə görə, Azərbaycan bu il AQEM-də (AsiyadaQarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) sədrlikedir. Azərbaycan sədrliyi çərçivəsində bir neçə təşəbbüs, layihə vəproqram irəli sürüb:

"Bunlar arasında Asiyada yerləşən universitetlərin birləşməsi,onların arasında şəbəkələşmənin yaradılması, qitə ölkələri arasındaakademik mübadilələr, əməkdaşlıq və qarşılıqlı elmi-tədqiqatlarınaparılması da var. ADA Universiteti Asiya universitetləri arasındaAQEM təşkilatı çərçivəsində sədr seçilib və artıq bir ildən çoxdurki, ADA Asiya universitetlərini birləşdirərək müxtəlif konfranslarvə tədbirlər təşkil edir".

Deputat qeyd edib ki, bugünkü konfransın əsas məqsədi Asiyauniversitetləri arasında iqlim dəyişiklikləri üzrə əməkdaşlıqplatformasının yaradılmasıdır:

"Burada "yaşıl enerji", iqlim keçidi və Qarabağda aparılan işlərmüzakirə ediləcək, Azərbaycan öz təcrübəsini bölüşəcək. Alimlər vəprofessorlar arasında fikir mübadiləsi aparılacaq, birgə layihələrnəzərdən keçiriləcək.

Azərbaycanın AQEM təşkilatında sədrliyi davam edir. ADAUniversiteti növbəti il üçün də müxtəlif proqramlar və planlarhazırlayıb. Akademik və elmi mübadilələr, Asiya universitetləriarasında professorların birgə şəbəkəsinin yaradılması – bütün bufəaliyyətlər iki il ərzində davam edəcək.

Biz ümid edirik ki, 42 ölkədən gələn qonaqlar Azərbaycanınreallıqları, iqlim siyasəti və COP29-da görülən işlərlə tanışolacaq və öz ölkələrində də müəyyən elmi işlərdə bunlardan istifadəedəcəklər.

Konfrans iki gün davam edəcək. Bakı ətrafındakı "yaşıl enerji"ilə bağlı müxtəlif layihələr ziyarət olunacaq. 4 paneldə elmimüzakirələr də təşkil ediləcək. İştirakçılar həmçinin ADAUniversiteti ilə ikitərəfli birgə layihələri müzakirəedəcəklər".

Məqalədə:
Seçilən
6
2
az.trend.az

3Mənbələr