Azərbaycanın Pakistandakı səfirliyi Discover Pakistan və Pakistanda Turizmin İnkişafı Kooperasiyası tərəfindən birgə təşkil edilmiş “Global Destinations Expo” adlı beynəlxalq tədbirdə iştirak edib.
Mədəni mübadilə və qlobal truzimin təşviqi məqsədilə keçirilən sərgidə səfilriyimiz tərəfindən açılmış Azərbaycan stendində ziyərətçilərə ölkəmzin tarixi, mədəniyyəti, təbiəti, qış turizm barədə ətraflı məlumat verilib.
Sərgidə iştirakçılar milli yeməklərimiz və şirniyyatlarımıza qonaq edilib, tariximizə və mədəniyyətimizə dair suvenirlər nümayiş etdirilib.
Tədbirdə həmçinin, Azərbaycanın zəngin milli-mədəni irsini özündə əks etdirən fotolar və videoçarxlar nümayiş etdirilib.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
İslamabad