Türkiyənin müxtəlif bölgələrində FETÖ ilə əlaqədə şübhəli bilinən 120-dən çox şəxs saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkədə məlumat verib.
“Son iki həftə ərzində FETÖ-yə qarşı apardığımız əməliyyatlar zamanı 121 şübhəli yaxalanıb”, - nazir aydınlıq gətirib.
Hərbçilər, tələbələr və ədliyyə işçiləri arasında şübhəli bilinən şəxslər müəyyən edilib.