AZ

Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsi innovativ cərrahiyyə və peşəkarlığın ünvanı

Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsi ən müasir tibbi avadanlıqlar, peşəkar həkim komandası və fərdi yanaşma prinsipləri ilə xidmətinizdədir.
Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin rəisi, uzman uroloq-androloq Bəhruz Xalıqov və uzman uroloq-androloq Samir Ağalarov tərəfindən uroloji və androloji xəstəliklərin diaqnostikasını, bütün növ uroloji müayinə və müalicə prosedurlarını, uroloji və uroloji rekonstruktiv cərrahi əməliyyatları, eləcə də müasir müalicə üsullarından biri olan holmium lazer cihazı ilə daşların çıxarılması əməliyyatları uğurla icra edirlər. Tətbiq olunan innovativ müalicə metodları böyrək xəstəliklərinin müalicəsində yüksək effektivlik göstərir. Qürurverici haldır ki, ölkəmizdə ilk dəfə Mərkəzi Gömrük Hospitalında qasıq nahiyəsi kəsilmədən tulium lazer vasitəsilə prostat vəzinin adenomasının buxarlanması əməliyyatı uğurla icra olunub. Urologiya şöbəsi haqqında çarxı Sizə təqdim edirik.

Seçilən
1
1
sia.az

2Mənbələr