AZ

Elm və Təhsil Nazirliyində yeni struktur yaradıldı

BAKI, 2 dekabr. TELEQRAF

“Təhsilə ayrılan vəsait illər üzrə artır. Peşə təhsili bütün dünyada olduğu kimi, Azərbaycanda da ixtisaslı mütəxəssislərin hazırlanmasında mühüm rol oynayır. Bu təhsil istiqaməti gənclərə perspektivli gələcək qazandırır”.

Teleraf xəbər verir ki, bunu elm və təhsil nazirliyinin aparat rəhbəri Mətin Kərimli Peşə Təhsili: nailiyyətlər və çağırışlar” konfransında deyib.

O bildirib ki, dəyişən əmək bazarının tələblərinə uyğunlaşmaq üçün peşə təhsili daha çevik həllər təqdim etməlidir:

“Strateji sənədlərdə müəyyən edilmiş prioritetlər əsasən, ölkənin müxtəlif bölgələrində peşə təhsil mərkəzləri inşa edilib. Bunun nəticəsində tələbə qəbulu iki dəfə artıb.
Qadınların peşə təhsilinə marağı da yüksəlib. Hazırda təhsil alanların 39 faizini qadınlar təşkil edir. Əlçatanlığın artırılması bu sahəyə marağın artmasında mühüm rol oynayır.
Peşə təhsili regionların sosial-iqtisadi inkişafı baxımından da xüsusi əhəmiyyət kəsb edir. Hazırda Elm ve Təhsil Nazirliyinin strukturunda dəyişikliklər aparılır. Peşə təhsilinə cavabdeh olan yeni struktur yaradılıb”, o vurğulayıb.

Seçilən
28
1
teleqraf.com

2Mənbələr