AZ

Peşə təhsilinə cavabdeh olan yeni bölmə yaradılıb

“Elm və Təhsil Nazirliyinin strukturunda dəyişikliklər aparılır. Peşə təhsilinə cavabdeh olan yeni bölmə yaradılıb”.

AzEdu.az xəbər verir ki, bunu bu gün “Peşə Təhsili: nailiyyətlər və çağırışlar” konfransında Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli bildirib.

O qeyd edib ki, ölkə üzrə peşə təhsili siyasətini müəyyən edən, bu sahədə planlaşdırma, monitorinq və qiymətləndirmə funksiyasını həyata keçirən müvafiq qurum fəaliyyət göstərir: “Eyni zamanda, bu qaydaların və siyasətin icrasına məsul olan, əməliyyat funksiyalarını yerinə yetirən Peşə Təhsili üzrə Dövlət Agentliyi mövcuddur”.

Seçilən
35
9
azedu.az

10Mənbələr