AZ

Elm və Təhsil Nazirliyində yeni struktur - Peşə təhsilində böyük dəyişiklik!

Elm və Təhsil Nazirliyində struktur dəyişiklikləri aparılıb və peşə təhsili ilə məşğul olan yeni bir bölmə formalaşdırılıb.

Milli.Az xəbər verir ki, bu barədə "Peşə Təhsili: nailiyyətlər və çağırışlar" konfransında Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli deyib.

O qeyd edib ki, ölkədə peşə təhsili siyasətini müəyyənləşdirən və onun planlaşdırılması, monitorinqi və qiymətləndirilməsi ilə məşğul olan qurum var. Bununla yanaşı, həmin siyasətin icrasını həyata keçirən Peşə Təhsili üzrə Dövlət Agentliyi də fəaliyyət göstərir.

Aysel Əkbər
Milli.Az

Seçilən
31
2
milli.az

3Mənbələr