AZ

Daxili qanaxma keçirən 49 yaşlı aktyorun son vəziyyəti açıqlandı

Ötən gün reanimasiyaya yerləşdirilən məşhur aktyor Murat Cemcirin son vəziyyəti açıqlanıb.

Far.Az xəbər verir ki, həkimlər onun bu gün xəstəxanadan evə buraxılmasını planlaşdırdığını bildiriblər:

"Murat Cemcir divertikulyar qanaxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib və ona lazımi müdaxilələr edilib. Xəstənin bu gün reanimasiyadan evə buraxılması gözlənilir. Müalicəsi isə hələ uzun müddət ev şəraitində davam etdiriləcək".

Xatırladaq ki, ötən gün axşam saatlarında 49 yaşlı aktyorun evdə halı pisləşib və təcili olaraq özəl xəstəxanaya yerləşdirilib.

Həkimlər müayinə zamanı 49 yaşlı aktyorun daxili qanaxma keçirdiyini müğəyyən edib. O hazırda Maslakda yerləşən tibb müəssisələrindən birindədir.

Seçilən
96
far.az

1Mənbələr